“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqa çərçivəsində “Brayton”la keçiriləcək oyuna start heyətdə çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, bu, norveçli futbolçu üçün İngiltərə Premyer Liqasında 100-cü matçdır.
Haaland 99 əvvəlki oyunda 87 qol vurub və komanda yoldaşlarına 17 məhsuldar ötürmə verib.
Qeyd edək ki, sözügedən matçda “Mançester Siti” “Brayton”a məğlub olub. "Şəhərlilər" son iki turda üç xal qazanıb, lakin əvvəlki həftəsonu öz meydanında “Tottenhem”ə də 0:2 hesabı ilə məğlub olub.