EN

Üzgüçülük Federasiyasının prezidenti: "Kürü keçək?!" yarışına xanımların marağı böyükdür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə artıq dördüncü dəfədir ki, "Kürü keçək" tədbiri təşkil olunur".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev deyib.
"Yarışa təxminən 600 iştirakçı qeydiyyatdan keçib. Özüm də ilk dəfədir, burada iştirak edirəm. Sevindirici haldır ki, gənclərin və xanımların bu yarışa marağı böyükdür. Bu, onların üzgüçülük idman növünü sevməsinə gətirib çıxarır. İnanıram ki, gələcəkdə "Kürü keçək?!" yarışını beynəlxalq səviyyədə təşkil edib, xarici iştirakçıları da dəvət edəcəyik",- Zaur Əliyev bildirib.
Chosen
82
5
oxu.az

2Sources