EN

Qəbələdə ağır qəza olub

Ağdaş-Qəbələ avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişin qismində olan oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Chosen
78
18
onn.az

10Sources