Vətəndaşlar, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatları genetik ehtiyatların qorunmasında iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Onlar yerli aqroekosistemlərin vəziyyəti haqqında məlumat alır və dövlət monitorinqində iştirak edirlər.
Bioaraşdırma fəaliyyətinə nəzarət və gəlirlərin ədalətli bölüşdürülməsində iştirak imkanları vardır.
Nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qorunması üçün müvafiq təkliflər vermək hüququna malikdirlər.