EN

Yeni "Porsche 911 Turbo S" modelinin qlobal premyerası elan edildi

Bakı. Trend:

Almaniyanın "Porsche" konserninin Çin filialı tarixdə ən güclü911 kimi təqdim edilən yeni "Porsche 911 Turbo S" modelinin qlobalpremyerasını elan edib.

Trend xəbər verirki, bu barədə filial "Weibo" sosial şəbəkəsindəki rəsmi hesabındaməlumat yayıb.

Məlumatda qeyd olunub: "Yeni Porsche 911 Turbo S bütün dünyadadebüt edəcək. Sentyabrın 7-də sizi canlı yayıma dəvət edirik."

Avtomobilin dizaynında təkər tağları və ön bamperin tanınanprofili qorunacaq. Qeyri-rəsmi məlumatlara görə, yeni model 3,7litrlik yastı altı silindrli benzin turbo mühərrik əsasındahazırlanmış, 700 at gücündən çox gücə malik hibrid güc qurğusu ilətəchiz olunacaq.

Chosen
48
3
az.trend.az

10Sources