“Fənərbağça” iki ulduz futbolçunu heyətinə cəlb edib.
Teleqraf xəbər verir ki, Türkiyə yığmasının “Benfika”da çıxış edən futbolçusu Kərəm Aktürkoğlu “sarı-lacivərdlilər”lə müqavilə bağlamaq üçün İstanbula gəlib.
Aktürkoğlu bildirib: “Fənərbağça”ya keçidim çətin bir proses idi. Transferimin baş tutmasına görə klub prezidenti Ali Koça təşəkkür edirəm. “Fənərbağça”lı azarkeşlərin layiq olduğu çempionluğu qazanmaq üçün buradayam”.
“Fənərbağça” ispaniyalı Marko Asensionun keçidini də həll edib. Ulduz futbolçu rəsmi müqavilə imzalamaq üçün İstanbula gəlir. “Fənərbağça”nın PSJ ilə bütün məsələlərdə razılığa gəldiyi bildirilir.
İspaniya yığmasının futbolçusunun tibbi müayinədən sonra İstanbul klubu ilə rəsmi müqaviləyə imza atacağı gözlənilir. 29 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib.