EN

Yamal XXI əsrin rekordunu vurdu

BAKI, 1 sentyabr. TELEQRAF

“Barselona”nın ispaniyalı futbolçusu Lamin Yamal İspaniya çempionatının III turunun "Rayo Valyekano" ilə matçının 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

Teleqraf “Squawka” statistik portalına istinadən xəbər verir ki, bununla Yamal XXI əsrdə La Liqada penaltidən qol vuran ən gənc oyunçu adına yiyələnib.

Məlumata görə, matç zamanı Yamal 18 yaş 49 günlük olub.

Xatırladaq ki, görüş heç-heçə (1:1) başa çatıb. “Barselona” La Liqada növbəti oyununu sentyabrın 14-də “Nou Kamp” stadionunda "Valensiya"ya qarşı keçiriləcək.

Chosen
52
teleqraf.com

1Sources