EN

Si Tsinpin: Dünyada ədalətli qlobal idarəetmə sisteminin yaradılması zəruri məsələdir...

Çin rəhbəri ŞƏT-in üzv dövlətlərini daha ədalətli qlobal sistem üçün işləməyə çağırıb...

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısında çıxış edərək, təşkilatın üzv dövlətlərinin daha ədalətli və rasional yeni qlobal idarəetmə sisteminin formalaşdırılmasına töhfə verməli olduğunu bildirib.

“Biz Dünya Ticarət Təşkilatının mərkəzində olduğu çoxtərəfli ticarət sistemini dəstəkləməliyik”, deyə Çin lideri bildirib.

Çin rəhbəri həmçinin “qaydalara əsaslanan, inklüziv iqtisadi qloballaşmanın” təşviqinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, sammitdə müxtəlif mövzular üzrə fikir mübadiləsi də gözlənilir və Dövlət Başçıları Şurasının Tyantszin Bəyannaməsi də daxil olmaqla təxminən 20 sənədin imzalanacağı gözlənilir.

Poliqon.info

Chosen
70
1
poliqon.info

2Sources