EN

Atlantikada meqazəlzələ zonası aşkarlanıb

AzVision.az xəbər verir ki, “Nature Geoscience” jurnalında dərc olunan araşdırmada belə deyilir.

Alimlərin qənaətinə görə, Atlantik okeanının sakit zona hesab edilməsinə baxmayaraq, məlum qırılmalardan uzaq olan Portuqaliya dəfələrlə güclü zəlzələlərə məruz qalıb. Bununla əlaqədar alimlər bu ərazilərdə yüksək seysmik aktivliyin səbəblərini araşdırmaq qərarını veriblər.

“Geoloq Juan Duartenin komandası seysmik məlumatları və sualtı relyef modellərini tədqiq etdikdən sonra Portuqaliyanın cənub-qərbində mantiyanın təbəqələşməsinin əlamətlərinin olduğunu müəyyənləşdirib. Beləliklə, milyonlarla il ərzində su qayaların içinə girərək onları yavaş-yavaş zəiflədib”, - materialda deyilir.

Kamçatka sahillərində güclü zəlzələ olub| VİDEO
Bu isə, öz növbəsində, Atlantik okeanında gələcəkdə güclü zəlzələlərlə nəticələnə biləcək yeni subduksiya zonasının yaranmasına səbəb olub.

Bundan əlavə, litosfer plitələrinin hərəkəti sayəsində alimlərAfrika, Avropa və Amerikanın vahid fövqəlqitədə birləşə biləcəyini öyrəniblər.

Xatırladaq ki,iyulun sonunda Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Seysmoloqlar maqnitudanı düz üç dəfə korrektə edərək onun gücünü 7,5-dən 8,7-dək artırıbla. Zəlzələ Yaponiya, Kaliforniya və Şimali Kuril adaları sahillərində sunamiyə səbəb olub. Güclü zəlzələ nəticəsində Kamçatka yarımadası 2 m sürüşüb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
120
1
azvision.az

2Sources