EN

Azər Türk Bank kredit faizini endirdi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət bankı Azər Türk Bank bir il müddətinədək verilən istehlak kreditləri üzrə illik faiz dərəcəsini 10,5% səviyyəsində müəyyən edib.Qeyd edək ki, 12 ay müddətinədək rəsmiləşdirilən kreditlər üzrə xidmət haqqı 0%-dir.2 il müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi 15%-dir.36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.Azər Türk Bankın saytında krediti online sifariş vermək mümkündür.Kampaniya 2025-ci il 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
91
5
demokrat.az

10Sources