EN

“Zirə” ev oyunlarında 200 cü qolunu vurdu

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.

Belaruslu hücumçu Misli Premyer Liqasının III turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.

Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
9
idmanxeber.az

10Sources