EN

Gözlənilən transfer rəsmiləşdi

Kristofer Nkunkunun “Milan”dan “Çelsi”yə gözlənilən transferi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı oyunçu ilə imzalanan müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. 27 yaşlı yarımmüdafiəçi İtaliya nəhəngində “18” nömrəli forma ilə çıxış edəcək.

Nkunku 2023-cü ilin yayından “Çelsi”də oynayırdı. O, ötən müddət ərzində bütün yarışlarda 62 matçda iştirak edib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
11
football-plus.az

1Sources