EN

Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!

Bakı. Trend:

Bank Respublika ölkəmizdə keçirilən 49-cu BeynəlxalqProqramlaşdırma Müsabiqəsinin Dünya Finalının tərəfdaşıdır

31 avqust – 5 sentyabr tarixlərində Azərbaycan ilk dəfə olaraqdünyanın ən nüfuzlu texnologiya yarışlarından biri –Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu DünyaFinalına ev sahibliyi edəcək.

Ölkəmizdə rəqəmsallaşma proseslərinin genişlənməsinə daim dəstəkverən “Bank Respublika” Azərbaycan Banklar Assosiasiyasıçərçivəsində bu möhtəşəm tədbirin tərəfdaşları sırasındayer alır.

“Bank Respublika” bu mühüm qlobal tədbirdə tərəfdaşlıq etməkləölkədə innovasiya və rəqəmsal transformasiya proseslərinininkişafına verdiyi töhfəni bir daha təsdiqləyir. Bank uzunillərdir ki, gənclərin bilik və bacarıqlarının artırılması,rəqəmsal savadlılığın yüksəldilməsi və gələcəyin peşəkarkadrlarının formalaşdırılması istiqamətində layihələrə dəstəkgöstərir.

Bank Respublika-nın strateji prioritetlərindən biri dərəqəmsallaşma və innovasiya yönümlü təşəbbüslərədəstək göstərməkdir. Bu gün Bankın müasir mobiltətbiqləri, onlayn xidmətləri və innovativ məhsulları minlərləmüştərinin gündəlik həyatını asanlaşdırır.

Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADAUniversitetinin ev sahibliyi, Azərbaycan Respublikasının MərkəziBankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə“ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqindəstəyi ilə təşkil edilir. Dünya Finalında 70-dən çox ölkəni təmsiledən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlükmüsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komandaişi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram

Çağrı Mərkəzi: 144

Chosen
51
8
az.trend.az

9Sources