EN

Mətbuat Şurası Trend BİA-nı 30 illik yubiley münasibəti ilə təbrik edib

Bakı. Trend:

Ölkəmiz üçün ən vacib və həssas vaxtda fəaliyyətə başlamış, bugün 30 illik yubileyini qeyd edən Trend Beynəlxalq İnformasiyaAgentliyi geniş fəaliyyət diapazonuna üstünlük verərək, informasiyayayıcılığı sahəsində məktəbə çevrilmiş media orqanıdır.

Trend xəbərverir ki, bu fikirlər Mətbuat Şurasının Trend Beynəlxalqİnformasiya Agentliyinin 30 illik yubiley münasibəti iləyayımladığı təbrikdə yer alıb.

Təbrikdə bildirilib ki, bu məktəbin müdavimləri sırasında həmjurnalistikamızda, həm də ictimai həyatın müxtəlif sahələrindətəmsil olunan çoxsaylı nüfuzlu şəxslər var.

“Trend jurnalist peşəkarlığının cəmiyyətin maraq və mənafeləriilə uzlaşmasında xüsusi rol oynamaqla ənənə yaratdı. Ənənələri vətutduğu mövqeni qorumaq isə heç də hər informasiya agentliyinəmüyəssər olmur. Bunu bacaran agentlik həm də dövrün tələblərinəuyğunlaşmağın örnəyidir, kəskin rəqabət fonunda Azərbaycanın mediabrendi kimi dünyada məşhurdur, inam və etimad sahibidir. Onupopulyarlaşdıran mühüm cəhətlərdən biri də həyata keçirdiyiçoxşaxəli beynəlxalq media əməkdaşlığı xəttidir. Belə bir dayanıqlıvə davamlı xəttin seçilməsi isə xarici aləmdə ölkəmizlə bağlıhəqiqətlərinin təbliğinə müstəsna töhfədir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri TrendBeynəlxalq İnformasiya Agentliyinin rəhbərliyini və kollektivininüzvlərini 30 illik yubiley münasibəti ilə təbrik edir, onlarabitib-tükənməyən yaradıcılıq şövqü arzulayır, ən səmimi diləkləriniçatdırırlar. Şura üzvləri yubilyar media orqanının gələcəkdə dəböyük uğurlara imza atacağına, Azərbaycanın yeni nailiyyətlərininmüjdəçisinə çevrilməklə inkişaf edəcəyinə, dünyanın informasiyaməkanında daha yüksək zirvələr fəth edəcəyinə əmindirlər”, - deyətəbrikdə qeyd edilib.

Chosen
58
3
az.trend.az

4Sources