"Zirə" Misli Premyer Liqasında 200-cü ev qolunu vurub.

Offsideplus.az xəbər verir ki, bu qola Yeqor Boqomolski imza atıb. O, 5:0 hesabı ilə başa çatan "Kəpəz"lə oyunda komandasının 4-cü qolunu vurub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Qartallar" bu qol sayına 154 matçda çatıb.

Qeyd edək ki, "Zirə"nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.