EN

Si Cinpin: ŞƏT qlobal idarəetmədə mühüm rol oynayacaq

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) beynəlxalq idarəetmə sisteminin formalaşmasında müsbət qüvvə kimi çıxış edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının sədri Si Cinpin səsləndirib.

Dövlət başçısı Tyantszində keçirilən “ŞƏT+” sammitində çıxışı zamanı bildirib ki, təşkilat qlobal idarəetmənin qurulması və islahatında getdikcə daha təsirli aktora çevrilir.

Onun sözlərinə görə, ŞƏT bu istiqamətdə yeni konsepsiyalar təklif edir və onları həyata keçirir.

Chosen
69
1
operativmm.az

2Sources