EN

Gürcüstanda yaşayan azərbaycanlı gənclər yay düşərgəsində (FOTO)

Bakı. Trend:

Gürcüstanın Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlıgənclərin iştirakı ilə Yay Düşərgəsi təşkil olunub. DüşərgədəMarneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco vəDmanisidə yaşayan 25 gənc iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, düşərgənin proqramına Azərbaycan dili dərsləri, əyləncəli,intellektual oyun və yarışlar, müxtəlif istiqamətli təlimlər daxilolub.

Düşərgənin 1-ci günündə iştirakçılar Tbilisidəki Heydər ƏliyevParkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsiniehtiramla yad ediblər.

“Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclərqarşısında çıxış edərək düşərgənin əhəmiyyəti barədə danışıb.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininəməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizininkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bumühüm tədbirin onların milli kimliyinin gücləndirilməsininəhəmiyyətini qeyd edib.

Düşərgənin müxtəlif günlərində tarixçi Alxan Məmmədov “GürcüstanAzərbaycanlılarının tarixi”, “Qanun” Hüquqi Yardım Mərkəzininvəkili Əli Bədirov isə “Gürcüstan qanunları və Konstitusiyası”mövzularında mühazirə ilə çıxış ediblər.

İştirakçılar düşərgə müddətində Dmanisi tarix muzeyininfəaliyyəti ilə tanış olub, Dmanisi Milli Parkında təşkil olunanəyləncəli proqramda iştirak ediblər. Gənclər daha sonra DmanisiSionisini ziyarət edərək qədim insanların məskənləri və arxeolojitapıntılarla bağlı məlumat alıblar.

Gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandarla(Qurbanov) da görüşüblər. Aşıq Kamandarın Azərbaycan aşıq sənətibarədə çıxışı gənclərdə bu sənətə qarşı böyük maraq oyadıb.

Düşərgə iştirakçıları Ülkər Məmmədova, Cavan Nəbiyev və Həmayılİbrahimova yerli mətbuata müsahibələrində düşərgənin onlar üçünyeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tariximəlumatlarla tanış olmaq və təcrübə əldə etmək baxımından xüsusiəhəmiyyət daşıdığını bildiriblər.

Yay Düşərgəsi işini yekunlaşdırıb və sonda gənclərəsertifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi TədrisMərkəzi”nin təşkilatçlığı ilə baş tutub.

Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Chosen
13
3
az.trend.az

4Sources