EN

Türkiyə-Azərbaycan IV Enerji Forumunun tarixi açıqlanıb

Türkiyənin İzmir şəhərində keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan IV Enerji Forumu sentyabrın 4-də baş tutacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"a energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, tədbirin nazir Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçiriləcəyi gözlənilir.

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əliağa terminalında yerləşən zavodlarına da baş çəkilməsi nəzərdə tutulub.

Chosen
23
3
demokrat.az

4Sources