EN

Aİ Ukraynaya qoşun göndərmək üçün plan hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyası təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya çoxmillətli hərbi birlik yerləşdirəcək.

"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Ukraynaya çoxmillətli hərbi birləşmənin yerləşdirilməsi üçün plan hazırladıqlarını açıqlayıb.

Ursula von der Leyen Britaniya mətbuatına Ukraynanın təhlükəsizlik təminatlarından danışıb.

Leyen bəyan edib ki, Avropa ölkələri ABŞ-nin tam dəstəyini alacaq münaqişədən sonrakı təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynaya mümkün hərbi yerləşdirmə üçün qəti planlar üzərində işləyirlər:

"Təhlükəsizlik zəmanətləri çox vacibdir və tamamilə həyati əhəmiyyət kəsb edir. Bizim aydın yol xəritəmiz var və Ağ Evdə razılığa gəldik. Bu iş çox yaxşı gedir".

Leyen ABŞ Prezidenti Donald Trampın ABŞ-nin mövcudluğunun təhlükəsizlik zəmanətlərinin bir hissəsi olacağına dair onları əmin etdiyini qeyd edərək, "Bu, çox aydın idi və dəfələrlə təsdiqlənib" deyib.

Leyen təhlükəsizlik zəmanəti olaraq Ukrayna Silahlı Qüvvələrinin davamlı maliyyələşdirilməsini təmin etmək üçün Aİ Komissiyasının yeni maliyyə mənbələrini araşdıracağını vurğulayaraq əlavə edib ki, Ukraynaya büdcə dəstəyi də daxil olmaqla, mövcud maliyyə axını sülh dövründə də davam etməlidir.

Chosen
43
cebheinfo.az

1Sources