EN

İran-BAEA danışıqlarının növbəti mərhələsi keçiriləcək

Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami yerli mətbuatamüsahibəsindəməlumat verib. O söyləyib ki, Tehranın agentliklə əməkdaşlığı canlandırması qarşısında "əsas maneə" Baş direktor Rafael Qrossinin özüdür.

Onun sözlərinə görə, indiyədək BAEA ilə iki görüş keçirilib.

"Üçüncü görüş üçün hazırlıq görülür. İranın BAEA-ya qarşı iddiaları ondan ibarətdir ki, bu agentliyin idarə sistemi imperializmin təsiri altındadır",– İslami vurğulayıb.

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında son illərdə münasibətlər gərgindir. Agentliyin iddiasına əsasən, İran öz nüvə proqramı üzrə qeyri-şəffaf fəaliyyət göstərir, müfəttişlərin nəzarətini məhdudlaşdırır. İran hökuməti isə BAEA-nı ABŞ və İsrailin təzyiqi əsasında qeyri-obyektiv və siyasi məğzdə yanaşmada təqsirləndirir.

İyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Prezident Məsud Pezeşkiyan iyulun 2-də agentliklə əməkdaşlığın dayandırılması üzrə fərman verib. Xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, "bu qərara baxmayaraq, əlaqələrin bərpası həmişə mümkündür". Rəsmi Tehran BAEA ilə əməkdaşlığın bərpası üçün nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi şərtini irəli sürüb.

Eyni zamanda, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 12-də yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Tehran BAEA ilə əməkdaşlığı canlandıracaq.
Kallas:"Növbəti 30 gündə ortaq məxrəcə gəlməliyik"

Digər tərəfdən, Almaniya, Britaniya, Fransa İranın mübahisəli nüvə proqramına qarşı BMT səviyyəsində sanksiyaları aktivləşdirmək üçün prosesə başlayıb. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuata açıqlamasında söyləyib ki, Aİ İttifaqı məsələsinin həlli istiqamətindədiplomatik yolları nəzərdən keçirir.

"30 günlük yeni mərhələyə qədəm qoyulub. Bu müddət ərzində işlər öz həllini tapmalıdır",– o vurğulayıb.

ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək)müharibə Vaşinqtonla dialoqu sual altında qoyub.

Firudin Həmidli
AzVision.az
Chosen
157
6
azvision.az

10Sources