EN

İlham Yadullayev: "Çempionatın gedişində açıqlama verərik"

"Yeni mövsümə hazırlaşırıq. Məşqlərimiz davam edir. Avqustun 13-dən 23-nə qədər Qəbələdə təlim-məşq toplanışı keçmişik".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında I Liqada mübarizə aparan MOİK-in yeni baş məşqçisi İlham Yadullayev deyib.

Ordu klubunun çalışdırcısı növbəti mövsümdə I Liqanın gərgin keçəcəyini bildirib: "Qəbələdəki toplanışı başa vurandan sonra yoldaşlıq matçları keçirmişik. Demək olar ki, yeni komanda qurmuşuq. Ötən ilki heyətdən qalan futbolçularımızla yanaşı, yeni transferlərimiz də var. Komanda 60-70 faiz yenilənib. Kollektivi komplektləşdirmişik. Bu üzdən yeni transferlər gözlənilmir. Rəhbərlik qarşımıza hədəf qoyub. Oyundan-oyuna məqsədə doğru irəliləyəcəyik. Hədəfimiz nədir? Bu barədə danışmaq istəmirəm. Çempionatın gedişində açıqlama verərik. Birinci Liqaya yüksələn yeni komandalar var ki, onlar da çempionata rəng qatacaq. Bizi qarşıda çox maraqlı və gərgin mövsüm gözləyir".

Qeyd edək ki, MOİK 2024/25 "futbol ili"ni 6-cı pillədə başa vurub.

İdman.biz

Chosen
16
1
idman.biz

2Sources