EN

Azərbaycan çempionatında mövsümün başlama vaxtı dəqiqləşdi

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26-cı illər mövsümününstart günü bəlli olub.

Trend xəbərverir ki, çempionat sentyabrın 28-də başlayacaq.

Reqlamentə əsasən, ABL oyunları dörd dövrədən və 20 turdanibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarınabölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekunnəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplaraşağıdakı kimidir:

A qrupu: "Sabah", "Neftçi", "Şəki", "Abşeron Lions", NTD,"Gəncə"
B qrupu: "Naxçıvan", "Ordu", "Sərhədçi", "Sumqayıt", "Quba","Lənkəran"

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydanda 4 əcnəbi vəmütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərtolacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbivə 2 yerli basketbolçu, 16-cı turdan etibarən 4 əcnəbi və 1 yerlibasketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə Aqrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu liderbitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq.A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez ikiqələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final,həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub AzərbaycanBasketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümüsıralamada ilk “8-lik”də tamamlayacaq klublar növbəti mövsümdən1-ci liqada (ABL), 9-12-ci yerləri tutacaq komandalar ölkəbasketbolunda ilk dəfə olaraq təşkil olunacaq 2-ci liqada (ABL 2)mübarizə aparacaqlar.

Chosen
44
16
az.trend.az

10Sources