"Səbail" növbəti transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Turan Vəlizadəni heyətinə cəlb edib. O, icarə əsasında yeni klubunda çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

T. Vəlizadə ötən mövsümü "Araz-Naxçıvan"da keçirib.

Qeyd edək ki, "Səbail" cari mövsüm I Liqada mübarizə aparacaq.