EN

Avropa Komissiyası təsdiq etdi: Fon der Lyayenin təyyarəsi hücuma məruz qalıb

Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS sisteminin müdaxilə yolu ilə hücuma məruz qalması barədə məlumatı təsdiqləyib.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Politico" mÉ™lumat yayıb.

"Biz təsdiq edə bilərik ki, GPS naviqasiyası pozulub, lakin təyyarə uğurla eniş edib. Bu insident sədrin cəbhəyanı dövlətlərə hazırkı səfərinin əhəmiyyətini vurğulayır, burada o, Rusiya və onun əlaltılarının gündəlik təhdidlərini öz gözləri ilə gördü", - Podesta bildirib.

Chosen
26
3
moderator.az

3Sources