EN

Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək idmançıların siyahısı müəyyənləşib.
Oxu.Az Azərbaycan Cüdo Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Oğlanlar:
-60 kq
Nihad Məmişov;
Fərid Qarayev.
-66 kq
Məhəmməd Musayev;
Nizami İmranov.
-73 kq
Əbil Yusubov.
-81 kq
Süleyman Şükürov.
-90 kq
Aslan Kotsoyev.
-100 kq
Davud Namazlı.
+100 kq
Ramazan Əhmədov.
Qızlar:
-48 kq
Fəridə Mirzəyeva.
-52 kq
Xədicə Qədəşova;
Aydan Vəliyeva.
+78 kq
Nigar Süleymanova.
Qarışıq komanda yarışı:
-63 kq
Nilgün Rzayeva.
Chosen
50
18
oxu.az

10Sources