Qeyd edək ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa “snapback” mexanizminin işə salınmasına təşəbbüs göstərib. Onlar 30 gün ərzində İranın nüvə proqramı üzrə danışıqları davam etdirməyə və 18 oktyabrda müddəti bitəcək 2231 saylı qətnamənin sanksiyaların götürülməsini nəzərdə tutan müddətinin uzadılması üçün hazır olduqlarını bildiriblər.
Ajans.az xəbər verir ki, İran, Çin və Rusiya üç Avropa ölkəsini Tehrana qarşı dağıdıcı mövqedən imtina etməyə və Təhlükəsizlik Şurasındakı fikir ayrılıqlarını daha da dərinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar.