EN

Tokayevdən Xəzər dənizi ilə bağlı həyəcan təbili

Xəzər dənizinin dayazlaşması ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır.

Avtosfer.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. 

Qazaxıstan prezidenti Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib. O hesab edir ki, problem təşkilat daxilində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər.

Tokayev həmçinin 2026-cı ilin aprelində Astanada BMT ilə birgə regional ekoloji sammitin keçirilməsi qərarını açıqlayıb.

 

Chosen
67
3
avtosfer.az

10Sources