"Hadisə günü mərhumun bacısı Rusiyadan mənimlə əlaqə yaradaraq yardım istəyib. Biz də Finlandiya Azərbaycanlıları Assosiasiyası rəhbərləri olaraq üzərimizə düşən vəzifəmizi yerinə yetirdik, ilk işimiz İsveçdəki Azərbaycan səfiri ilə əlaqə yaradaraq, hadisə haqqında təlimat verdik. O, dərhal hadisəni nəzarətə götürüb. Bizimlə 29.08.2025 tarixindən etibarən mütəmadi olaraq əlaqədədir. Biz də həmin gündən bu günə qədər mərhumənin qohumlarının Espoo şəhər polisi, rus səfirliyi, işi aparan müstəntiq ilə əlaqə qurmaları üçün lazım olan şəraiti yaratmışıq. Mərhumənin qohumları bu işlə əlaqədar olan şəxslərlə artıq əlaqə qurublar. İndi isə mərhumənin qohumlarını Rusiyadakı Finlandiya səfirliyinə yönəltmişik ki, ekstra viza ala bilsinlər", - o qeyd edib.