EN

Qavi “Rayo Valyekano” ilə matçı buraxacaq - Səbəb

“Barselona”nın ispaniyalı mərkəz yarımmüdafiəçisi Qavi yenidən zədə aldığı üçün bir müddət komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu komandasının məşqi zamanı zədə alıb. Gənc yarımmüdafiəçinin zədəsi ciddi olmasa da, onun ən azı La Liqanın 3-cü turunda “Rayo Valyekano”ya qarşı matçda kömək edə bilməyəcəyi dəqiqdir.

Xatırladaq ki, Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.

Cari mövsümdə Qavi “Barselona”nın heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib. İspan futbolçunun “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasını (2 dəfə), İspaniya Kubokunu (1 dəfə) və İspaniya Super Kubokunu (2 dəfə) qazanıb.

Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 28 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçininin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Chosen
92
10
arena.az

10Sources