EN

Britaniya Ukraynaya son 50 gündə verilən hərbi yardımın həcmini açıqladı

BAKI, 2.sentyabr. TELEQRAF

Rəsmi London son 50 gün ərzində Ukraynaya 60 min mərmi və 2500 pilotsuz uçuş aparatı (PUA) təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlayıb.

Nazir qeyd edib ki, Böyük Britaniya hökuməti iyul ayında Kiyevə hərbi yardım göstərilməsi üzrə 50 günlük kampaniyaya başlayıb.

Bu müddət ərzində Ukrayna ordusu Böyük Britaniyadan təxminən 5 milyon patron, 60 min mərmi və raket, 2500 dron, 30 nəqliyyat vasitəsi və mühəndis avadanlığı, 200 radioelektron mübarizə və hava hücumundan müdafiə sistemi alıb.

Chosen
40
teleqraf.com

1Sources