EN

Kömək üçün Melaniya Trampa müraciət etdilər

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ immiqrasiya xidmətinin nəzarətində olan venesuelalı uşaqların anaları ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampdan kömək istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro bildirib.

“ABŞ-də qaçırılan bir, iki, üç və dörd yaşlı bu balaca oğlan və qızların anaları və nənələri Melaniya Trampa məktub göndərib və uşaq hüquqlarının müdafiəçisi olduğunu bildiyimiz birinci xanımla dialoq qurmağa çalışırlar”, - Maduro deyib.

O, həmçinin ABŞ-nin birinci xanımına bu məktublara cavab verməyə çağırıb.

Qeyd edək ki, Venesuela dəfələrlə Amerika administrasiyasına uşaqların geri qaytarılmasının vacibliyini çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
3
qafqazinfo.az

5Sources