BAKI, 2.sentyabr. TELEQRAF
Barens dənizinin neytral hava məkanında, Murmansk limanı yaxınlığında NATO-ya məxsus "P-8A Poseidon" kəşfiyyat təyyarəsi müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb.
"Təyyarə vaxtaşırı ekrandan müəyyən müddətə yoxa çıxır. P-8A Zapolyarnıy şəhərindən Teriberka kəndinə qədər dövrə vuraraq kəşfiyyat aparır", - məlumatda deyilir.
Təyyarənin bir neçə saat əvvəl İslandiyadakı beynəlxalq hava limanından havaya qalxdığı və təxminən 2500 kilometr məsafə qət etdiyi bildirilir.
Qeyd edək ki, avqustun 31-i Qara dəniz üzərində ABŞ-yə məxsus "RQ-4 Global Hawk" kəşfiyyat pilotsuz uçuş aparatı müşahidə edilmişdi.