EN

Azərbaycan klublarının rəqibləri müəyyənləşdi Çempionlar Liqası

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

QOL.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Birbaşa Bakı", "Zirə" və "AzNur"un da rəqibləri müəyyənləşib. 

Çempionlar Liqasının son qalibi "Birbaşa Bakı" "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) ilə eyni qrupda yer alıb.

"Zirə" "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.

"Aznur"un rəqibləri isə "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
4
qol.az

9Sources