EN

"Yenə də sol zolaq zəbt olunmuş vəziyyətdə qalır"

Aparıcı İlkin Həsəni Bakının Afiyəddin Cəlilov küçəsində avtomobili düzgün yerdə park etməyən sürücülərin nəqliyyat vasitələrini sosial şəbəkədə paylaşıb.

Ölkə.az xəbər verir ki, o, yolun zolağını zəbt edərək sürücülərə maneə yaradan görüntünü instaqram səhifəsində bölüşərək bunları yazıb:

"Afiyəddin Cəlilov küçəsində yenə də sol zolaq zəbt olunmuş vəziyyətdə qalır".

Qeyd edək ki, İlkin daha əvvəl də həmin zolağı zəbt edən nəqliyyat vasitələrini sosial şəbəkədə paylaşmışdı.(axsam.az)

Chosen
32
2
olke.az

3Sources