EN

KXDR qitələrarası raketlər üçün bərk yanacaqla işləyən mühərrik yaratdı

BAKI, 2 sentyabr. TELEQRAF

Şimali Koreya "Xvason-19" qitələrarası ballistik raketi və növbəti nəsil "Xvason-20" raketi üçün bərk yanacaqla işləyən, yüksək dartı qüvvəsinə malik mühərrik istehsal edib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 1-də KXDR rəhbəri Kim Çen In Raket İstehsalı Baş İdarəsinin nəzdindəki Kimyəvi Materialların Tədqiqatı üzrə Kompleks Mərkəzinin Elmi-Tədqiqat İnstitutunda olub. KXDR lideri orada mühərriyin sınaq nəticələri ilə tanış olub. Bərk yanacaqla işləyən raket mühərriki kompozit materialdan hazırlanıb və 2 il ərzində məxfi şəraitdə sınaqdan keçirilib.

KXDR lideri belə mühərriklərin seriyalı istehsalı üçün ixtisaslaşmış bazanın yaradılmasını müzakirə edib.

Chosen
5
teleqraf.com

1Sources