EN

Suriya 14 ildə ilk neft partiyasını ixrac edib

Suriya 14 ildə ilk rəsmi neft tədarükünü həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, 600 min barellik ixrac partiyası Aralıq dənizi Tartus limanından göndərilib.

Suriya Energetika Nazirliyinin nümayəndəsi Riyad əl-Cubasinin sözlərinə görə, alıcı “B Serve Energy” beynəlxalq ticarət şirkəti olub. Neftin ilk partiyasının nəqli “Nissos Christiana” tankerində həyata keçirilir. Suriya rəsmisinin qeyd etdiyi kimi, çatdırılma nəqliyyat şəbəkələrinin, neft anbarlarının və liman infrastrukturunun işlək olmasını müəyyən edəcək.

Suriya neft nəqli şirkətinin baş direktoru Maan Paşa qeyd edib ki, hazırkı ixrac həcmi ölkənin daxili tələbatını üstələyir. Onun sözlərinə görə, tankerə Suriyanın bir neçə yatağından çıxarılan neft, həmçinin Baniyas və Homsdakı zavodlarda xammalın emalından sonrakı qalıqlar yüklənib. Şirkət rəhbəri konkret sahələrin adını çəkməyib. Suriyanın neft ehtiyatlarının böyük hissəsi ölkənin şimal-şərqində kürdlərin nəzarəti altında olan ərazilərdə yerləşir. 2011-ci ildə vətəndaş müharibəsindən əvvəl Suriya gündə təxminən 380 min barel neft ixrac edirdi. Lakin münaqişə illərində ölkənin enerji infrastrukturu dağıdılıb, beynəlxalq sanksiyalar neft və qaz ticarətini çətinləşdirib.

Chosen
48
1
editor.az

2Sources