Mənbələrin sözlərinə görə, Rusiya güc strukturları şirkətin maşınlarını faktiki olaraq "həbs" edib. Lakin indiyədək bu addımın səbəbləri barədə heç bir rəsmi izah verilməyib.Məlumata görə, həmin furqonlar Ermənistandan kənd təsərrüfatı məhsulları - əsasən tez xarab olan meyvə-tərəvəz daşıyır. Malların artıq zay olmaq təhlükəsi yaranıb."Spayka" şirkəti yayılan məlumatı indiyədək rəsmi şəkildə nə təsdiq, nə də təkzib edib.Ekspertlər hesab edirlər ki, bu hadisə son günlərdə Moskva-İrəvan münasibətlərində yaranan gərginliyin növbəti təzahürü ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31