EN

Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq

Belçika BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.

Operativ Media xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib.

"Belçika BMT-nin sessiyasında Fələstini tanıyacaq! İsrailə qarşı isə sərt sanksiyalar tətbiq ediləcək. HƏMAS tərəfdarları tərəfindən istənilən antisemitizm və ya terroru tərifləmələri də qətiyyətlə pislənəcək. Belçika Fələstini Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsünün bir hissəsi kimi tanıyacaq!", - nazir “X” hesabında yazıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron iyulun 24-də Fransanın BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacağını deyib.

Chosen
14
5
operativmedia.az

6Sources