“Mançester Yunayted” qapıçı mövqeyini gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı “qırmızı şeytanlar”ın mətbuat xidməti yayıb.
İngiltərə nəhəngi "Antverpen"dən olan 23 yaşlı belçikalı Senne Lammens ilə müqavilə imzalanıb. Onunla 2030-cu ilə qədər müddətə anlaşma əldə olunub. Lammensin transferi kluba 21 milyon avroya başa gəlib.
Lammens son üç mövsümdə "Antverpen"də əsas qapıçı kimi özünü təsdiqləyib və ötən mövsüm 41 oyuna çıxıb.