EN

V. PUTİN DÜNYA LİDERLƏRİ İLƏ GÖRÜŞÜB » AzadMedia.az

V.

Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian ikitərəfli görüş keçiriblər. Liderlər görüş öncəsi bir-birinə səmimi salam verib, əməkdaşlıq gündəliyini müzakirə etmək niyyətlərini ifadə ediblər.

Putin çıxışında Moskva və Tehran arasında davamlı təmasların olduğunu bildirib. O, İranın nüvə proqramı da daxil olmaqla beynəlxalq gündəliyin bir sıra mühüm məsələlərinin gündəmdə olduğunu vurğulayıb. Rusiya lideri həmkarı ilə növbəti dəfə görüşməkdən məmnunluq duyduğunu deyib.

Öz növbəsində İran Prezidenti Pezeşkian ölkələr arasında əldə edilmiş bütün razılaşmaların icrasını şəxsən nəzarətdə saxladığını açıqlayıb. O, qarşılıqlı əməkdaşlığa mane ola biləcək bütün əngəllərin aradan qaldırılması üçün səylər göstərəcəyini bəyan edib.

Sammit çərçivəsində Putin digər dövlətlərin liderləri ilə də görüşlər keçirib. O, Vyetnamın Baş naziri Fam Min Çin, Tacikistan Prezidenti Emoməli Rəhmon və Nepal Baş naziri KP Şarma Oli ilə danışıqlar aparıb.

Görüşlərdə əsas diqqət iqtisadi əməkdaşlığın genişləndirilməsinə və münasibətlərin möhkəmləndirilməsinə yönəlib. Kremlin sözlərinə görə, Moskva bu təmaslarla Qərbin “Rusiyanın beynəlxalq müstəvidə təcrid olunduğu” iddialarını təkzib etməyə çalışır.

Chosen
1
1
azadmedia.az

2Sources