EN

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Cavabsız qalmayacaqsınız

BAKI, 2 sentyabr. TELEQRAF

Son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” şirkətinin yüzlərlə yük maşınını heç bir səbəb olmadan Gürcüstanla sərhəddə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşrin fikrincə, bu, təkcə hansısa şirkətə qarşı atılan addım deyil, Ermənistan iqtisadiyyatının ən həssas nöqtəsinə birbaşa zərbədir:

“Məsələ budur ki, “Spayka” Ermənistanın ən böyük aqroholdinqidir və yük maşınlarının sərhəddə dayandırılması təkcə şirkətə yox, həm də Ermənistanın kənd təsərrüfatı istehsalçılarına və ümumilikdə iqtisadiyyata ciddi ziyan vura bilər. Əgər bu, uzun müddət davam edərsə, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixrac zənciri dağılacaq.

Rusiyanın yüzlərlə “Spayka” yük maşınını sərhəddə dayandırması təsadüfi deyil. Bu, birbaşa mesajdır: Moskva Ermənistanın xarici siyasətindəki tələskənliklərini cavabsız qoymayacaq. Rusiya baş nazirinin müavini Overçuk və digər rəsmilər artıq bu barədə birbaşa mətnlə xəbərdarlıq ediblər”.

“Past” hesab edir ki, baş verənlər təzyiqlərin sürətlə digər sektorlara sıçrayacağına dair xəbərdarlıqdır:

“Sanksiyalar bir neçə gün ərzində təkcə kənd təsərrüfatı məhsullarına deyil, həm də enerji, nəqliyyat və digər iqtisadi sahələrə şamil edilə bilər. Bu durum Ermənistanın beynəlxalq reputasiyası üçün də ciddi risklər yaradır. Bazarda Ermənistan qeyri-sabit tərəfdaş kimi qəbul oluna bilər. Dövlət strukturları adekvat reaksiya verməsə, Ermənistan yeni, daha ciddi təzyiqlərlə və iqtisadi iflic riski ilə üzləşəcək”.

Chosen
8
1
teleqraf.com

2Sources