EN

"Azeri Light" neftinin barreli 1,15% bahalaşaraq 70,54 ABŞ dollarına çatıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,8 ABŞ dolları və ya 1,15% artaraq 70,54 ABŞ dolları səviyyəsində qərarlaşıb. 

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,91 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin barreli 0,82 ABŞ dolları və ya 1,2% artaraq 68,24 ABŞ dolları olub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta illik qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

"Azeri Light" neftinin minimal qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq qeydə alınıb. Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur. Bu layihədə SOCAR-ın payı 31,65%-dir.

Gülnar 

Chosen
60
49
anews.az

10Sources