EN

AMB-nin valyuta ehtiyatları aylıq ifadədə 1%-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11, 249 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Kommersant.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, avqustun 1-i ilə müqayisədə 58,2 milyon manat və ya 0,5% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 289,9 milyon manat və ya 2,6% artıb, son 1 ildə isə 534,1 milyon manat və yaxud 4,5% azalıb.

Chosen
16
1
kommersant.az

2Sources