Ukrayna müharibənin 1287-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 083 790 hərbçi, 11 156 ədəd tank, 23 233 ədəd zirehli döyüş maşını, 32 301 ədəd artilleriya sistemi, 1 477 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 213 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 60 488 ədəd avtomobil texnikası, 55 446 ədəd PUA, 3 664 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 952 xüsusi avadanlıq itirib.