EN

Dubayda “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində seminar keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin ictra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində sentyabr ayının 1-i 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Al-Huda CIBE” təşkilatında 10-a yaxın yerli investor və sahibkarlarla seminar keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə sərmayəçilər, biznes əlaqələndiriciləri kimi Mr. Muhammad Zubair, Mr. Fahad, Mr. Abdul Samad, Mr. Ravi, Mr. Ali Jaber, Ms. Fatima, Ms. Shazma, Ms. Shehla Hameed iştirak etmişdir.

Görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.

Tədbir iştirakçıları Qarabağ və Şərgi Zəngəzurda istehsal olunan məhsulların bazarlara çıxışı üçün logistika imkanları, Zəngəzur dəhlizinin perspektivi, ərəb investorlarının yerli iş adamları ilə birgə layihələrin icrasında hüquqlarının qorunması barəsində soruşdular. Onlar həmçinin, dövlətin təqdim etdiyi güzəştlərdən xarici investorların necə yararlana biləcəyi, perspektiv iqtisadi sahələr haqqında daha ətraflı məlumat istədilər.

Sonda xatirə şəkli çəkildi.

Chosen
21
qht.az

1Sources