EN

“Küçədə olan istənilən kişi və ya qadın onun kimi nəticə əldə edə bilərdi”

İngiltərəli mütəxəssis Tim Şervud “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin şəxsi keyfiyyətlərini yüksək qiymətləndirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, amma o, portuqaliyalı mütəxəssisin sadəcə media üçün mükəmməl olduğunu deyib:

“O, sözdə parlaqdır, çox xarizması var. O, media üçün mükəmməldir, biz onu sadəcə sevirik.

Biz veriliş hazırlayanda o, işimizə yarayır, çünki onun haqqında danışırıq. Amma onun haqqında bəyənmədiyim şey komandasıdır. Əsas odur.

Amorimin 29 oyunda 28 xalı var. Küçədə olan istənilən kişi və ya qadın “Mançester Yunayted”i idarə edərkən belə nəticə əldə edə bilərdi”.

Chosen
8
sportinfo.az

1Sources