EN

Əfqanıstan zəlzələdən sonra Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 1124 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yayıb. 

Yaralıların sayının isə 3251 nəfərə yüksəldiyi qeyd olunub. Ölkənin yerli mediasının məlumatına görə, hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal edilir.

Bundan əvvəlki açıqlamada təbii fəlakət səbəbindən 800 nəfərin öldüyü, 2800-dən çox şəxsin isə yaralandığı deyilirdi.

TASS agentliyi Əfqanıstanda zəlzələdən sonra hazırkı vəziyyəti əks etdirən görüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
1
qafqazinfo.az

10Sources