EN

"Betmen" geyimli kişi oğrunu tutdu

Amerikanın Florida ştatında "Betmen" geyimli kişi polis gələnə qədər oğrunu saxlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

İnsident Keyp-Koral şəhərində baş verib.

Belə ki, Kayli Mayvett adlı vətəndaş yatırmış, həyəcan siqnalı ilə oyanıb. Evinin təhlükəsizlik kameralarından kiminsə onun maşınına girməyə çalışdığını görüb.

Betmen geyimində çölə çıxan Kayli yük maşınının arasından 20 yaşlı Castin Şimplinin onun maşınına girdiyini görüb. Oğru daha sonra qonşusunun maşınına tərəf gedib və bundan sonra Kayli cinayətkarı yaxalayıb.

Qeyd edək ki, şübhəli şəxs tutulmazdan əvvəl 500 dollardan çox pul, saat, hədiyyə kartları və hər biri 300 dollar dəyərində iki cüt "Ray-Ban" günəş eynəyi oğurlayıb.

Chosen
11
1
kulis.az

2Sources