EN

Min nəfər əhalisi olan kənd göz qırpımında batdı: Cəmi bircə nəfər sağ qalıb

Sudanın qərbindəki Marra dağları bölgəsində baş verən böyük sürüşmə bütöv bir kəndi tamamilə dağıdıb, yalnız bir nəfər sağ qalıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Sudanın qərbindəki Marra dağları bölgəsində bir kəndi uçuran torpaq sürüşməsi nəticəsində ən azı 1000 nəfər ölüb, yalnız bir nəfər sağ qalıb", - deyə məlumatda bildirilir.

Sudan Azadlıq Hərəkatı/Ordusunun sözçüsü təbii fəlakətin kəndi tamamilə məhv etdiyini təsdiqləyib.

Uzun sürən leysan yağışları nəticəsində rayonda sürüşmə baş verib və dağıntıların miqyası o qədər böyük olub ki, artıq qəsəbəni bərpa etmək mümkün olmayıb.

Chosen
27
publika.az

1Sources