"Çelsi"nin cinah müdafiəçisi Bencamin Çiluell karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçu "Strasburq"a keçib.
Məlumatı "zadəganlar"ın mətbuat xidməti yayıb. Çiluell Fransa klubu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Qeyd edək ki, Bencamin "Çelsi"yə 2020-ci ilin yayında transfer olunmuşdu. O vaxtdan bəri London komandasının forması ilə bütün turnirlədə 107 matça çıxan arxa xətt oyunçusu 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Çiluell İngiltərə nəhəngi ilə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
Nihat